son dəqiqə SON DƏQİQƏ
"Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm”

Premyer Liqa klubunda ŞOK itki: Mövsümü başa vurdu - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 16-09-2025, 15:12

U-21 millimizin və “Sumqayıt”ın üzvü Ayxan Süleymanlı Bolqarıstanla oyunda zədələnərək meydanı tərk etmişdi.

Premyer Liqanın 4-cü turunda “İmişli” ilə səfər görüşündən öncə “kimyaçılar”ın futbolçuları müdafiəçinin formasını nümayiş etdirərək ona dəstək oldular.

Görəsən, Ayxan zədəsini nə zaman sağaldacaq? Millimizin üzvü yaşıl meydanlara nə vaxt qayıdacaq?

Sualımızı “Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyevə ünvanladıq. “Kimyaçılar”ın rəsmisi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Ayxanın diz bağlarında yuxarı dərəcə gərilmə var. Klub həkimləri hazırda oyunçunun bərpa prosesinin əməliyyat, yoxsa müalicə yolu ilə olacağı barədə müzakirə aparırlar. Çox böyük ehtimalla əməliyat olacaq. Belə olacağıq təqdirdə isə onun 1 il oynamayacağı gözlənilir. Ayxanın bu mövsümün sonuna qədər sıradan çıxdığını deyə bilərik”.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR