son dəqiqə SON DƏQİQƏ
"Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm”

Elvin Bədəlov: “Bir qələbə hər şeyi dəyişəcək” - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 15-09-2025, 14:08

Misli Premyer Liqasının 4-cü turunda “Neftçi” “Sabah” ilə heç-heçə etdi - 0:0.

Qarşılaşmadan sonra meydan sahiblərinin müdafiəçisi Elvin Bədəlov görüş haqda fikirlərini Sport1.az-a açıqladı:

“Görüşlə bağlı müsbət təəsüratlarım var. Ötən matçlara nisbətən oyunumuzda inkişaf var idi. Meydanda nəzarət də bizdə idi. Fürsətlərimiz də yetərincə var idi. Demək olar ki, rəqibə heç bir şans vermədik. Hər komandada belə dövrlər olur. Top qapıya heç cür getmək istəmir. Bəxtsizlik olur. Səbr etmək, bir az da çalışmaq lazımdır. İnanıram ki, bir qələbə hər şeyi dəyişəcək”.

30 yaşlı futbolçu ləğv edilən penalti epizodu barədə də danışdı:

“Qapıda heç kim yox idi və top tora daxil olacaqdı. Şübhəsiz, penaltidir! Mənə görə bunun heç bir izahı yoxdur”.

Millimizin üzvü “Neftçi”nin qol vura bilməməsini belə izah etdi:

“Burada nə oyunçulara bir şey demək olur, nə də məşqçilərə. Bəzən olur ki, heç cür alınmır. Daha çox çalışmalıyıq, məşq eləməliyik. Düzələcək, hər şey qaydasına düşəcək. Qələbə qazansaq, davamı gələcək”.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR