son dəqiqə SON DƏQİQƏ
Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq”

4 turda fərqlənənlər

Bölmə adı Premyer Liqa
Yayımlandı 15-09-2025, 11:52

Premyer Liqada IV tur başa çatdı.

Sport1.az xəbər verir ki, son çempion “Qarabağ” “Zirə”, “Neftçi” isə “Sabah”la heç-heçə edib. “Şamaxı” azarkeşləri önündə ilk qələbəsini qazanıb “Turan Tovuz” isə “Qəbələ”yə minimal hesabla qalib gəlib. Autsayder “Kəpəz” “Araz-Naxçıvan”la dueldən xalsız ayrılıb.

Çempionatda 4 tur sonra qələbəyə həsrət qalan 3 komanda var – “Neftçi”, “Qəbələ”, “Kəpəz”. Gəncə təmsilçisində vəziyyət daha acınacaqlıdır. “Kəpəz” bu mövsüm qələbə bir yana, heç bir xal da qazanmayıb. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv 4 oyunda 4 məğlubiyyət yaşayıb, 2 qol vurub, 13-nü buraxıb.

Maraqlı situasiya isə “Qəbələ” ilə bağlıdır. Ötən mövsüm I Liqada çempion olan Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv demək olar, hər matç yaxşı təsir bağışlayır. Buna baxmayaraq, aktivlərində cəmi 1 xal var. İlk turda “Karvan-Yevlax”la heç-heçə edən “qırmızılar” ardıcıl üç oyunda xalsız qalıb.

4 turun yekununda məğlub olmayan komandaların sayı isə 2-dir. “Zirə” və “Araz-Naxçıvan” 4 oyunun hər birindən xal və ya xallarla ayrılıb. Lider “Araz-Naxçıvan” ən yaxşı göstəriciyə sahibdir – 3 qələbə, 1 heç-heçə.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR