son dəqiqə SON DƏQİQƏ
"Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm”

"Bu il çempionat daha gərgin və maraqlı olacaq" - Turan Vəlizadə

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 14-09-2025, 14:13

I Liqanın ilk turunda “Səbail” doğma meydanda “Mingəçevir”i qəbul etdi.

Matçdan sonra “Səbail”in futbolçusu Turan Vəlizadə Sport1.az-ın əməkdaşının suallarını cavablandırdı.

Qarşılaşma ilə bağlı fikirlərin maraqlıdır...
- Oyuna ciddi hazırlaşmışdıq. “Mingəçevir”in son dərəcə güclü rəqib olduğunu və bizə təzyiq göstərəcəklərini bilirdik. Məqsədimiz çempionata uğurla başlamaq idi. Şükürlər olsun ki, meydanda yaxşı mübarizə aparıq vacib qələbə qazandıq. Çalışacağıq ki, uğurlu seriya ilə davam edək.
Qarşınıza qoyulan hədəf nədir?
- Çempion olaraq elitaya qayıtmaq.
Səncə, “Səbail” ötən mövsümdəki “Qəbələ” kimi rəqiblərini üstələyə biləcəkmi?
- Bunun üçün həm məşqlərdə, həm də matçlarda maksimum gücümüzü qoyacağıq. Hesab edirəm ki, ilk turda qələbə qazanmağımız da əlavə motivasiya olacaq.
Necə düşünürsən, bu il I Liqada daha rəqabətli olacaqmı?
- Bəli, çünki hər bir klub meydana maksimum nəticə üçün çıxacaq. Komandaların heyətlərin baxsaq, istər elita, istər I Liqa, istərsə də səviyyəli legionerlərə rast gəlmək olacaq. Odur ki, bu il çempionat daha gərgin və maraqlı olacaq.
Ötən il karyeranda eniş oldu. Bu zədələrlə bağlı idi yoxsa lazımi forma yığa bilmədin?
- Uğursuzluğum zədələrlə bağlı deyildi. Sadəcə az şans qazandığıma görə oyun təcrübəmin olmamasından əziyyət çəkdim. Daha yaxşı formaya düşməyim üçün də “Səbail”də icarə əsasında çıxış etməyi üstün bildim.
Premyer Liqamızda artıq IV tur start götürüb. Elitadakı mübarizə haqqında nə deyərdin?
- Güclülər dəstəsində də rəqabətli və maraqlı mövsüm keçəcəyini düşünürəm. Bacardıqca bütün oyunları, əsas da “Araz-Naxçıvan”ı izləyirəm. Hesab edirəm ki, turdan-tura daha dramatik oyunlara şahidlik edəcəyik.

Mirzə S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR