"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 4-cü turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında dedi:
- Oyun haqqında çox qısa deyə bilərəm ki, gərəksiz qol buraxdıq. Komanda əslində yaxşı oynayır, amma qol vəziyyətlərindən istifadə edə bilmirik. Klubda da hər kəs bilir ki, heyətin gücləndirilməsinə ehtiyac var. Bu istiqamətdə işlər aparılır.