"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev

Bölmə adı Premyer Liqa
Yayımlandı 13-09-2025, 21:52

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 4-cü turunda "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.

Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında dedi:

"Gözlədiyimiz kimi ağır oyun oldu. "Qəbələ" çox yaxşı komandadır. Sürətli hücumçuları var. İkinci hissədə nisbətən daha yaxşı oynadıq".

Mütəxəssis başa çatan yay transfer pəncərəsini də dəyərləndirib: "Kimləri dəvət eləmişiksə onlardan razıyıq. İstəyirdik ki, mərkəz müdafiəçisi də heyətimizə qataq, lakin alınmadı".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR