son dəqiqə SON DƏQİQƏ
"Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm”

Rahid Əmirquliyev: "Prezident olmağım təsadüfi alındı" - MÜSAHİBƏ

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 13-09-2025, 12:44

I Liqanın ilk turunda debütant “Şahdağ Qusar” MOİK-in qonağı oldu.

Gərgin keçən qarşılaşmada Qusar təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub etdi.

"Şahdağ"ın prezidenti Rahid Əmirquliyevin MOİK ilə qarşılaşmadan sonra Sport1.az-a müsahibə verdi...

-Oyundan öncə qələbə qazanacağınızı düşünürdünüz?
-Yox, bilirdik ki, bizi ağır qarşılaşma gözləyir. MOİK çempionatın favoritlərindən biridir. Mövsümün əvvəlində komandamızda ciddi problemlər var idi. Həm gec hazırlaşmışdıq, həm də oyunçu tapmaq baxımından problemlərimiz var idi. Şükürlər olsun ki, çətinliklə də olsa komanda toparlaya bilmişik. Hazırlıq səviyyəmiz tam olmasa belə, hər oyuna qələbə üçün çıxırıq. Amma bu oyundan əvvəl bizə desələr ki, "1 xala da razısınız?" Cavabımız "hə" olardı. Komandamız hazır olmasa da, qələbə qazana bildik.

-Mövsüm öncəsi "Şahdağ-Qusar"da olan ciddi problemlərə görə bir çox oyunçunuzu itirdiniz. Futbolçularınızda ruh düşkünlüyü olması gözlənilsə də, bu gün komandanız əzmkar oyun göstərərək qələbə qazandınız. Bu haqda nə deyə bilərsiniz?
-Bəli, az öncə bəhs etdiyim problem elə bununla bağlı idi. Oyunçuları saxlaya bilmədik. Komanda gec yığıldı, oyunçu tapa bilmədik. Şükürlər olsun ki, bu gün cavan oyunçularla meydana çıxıb qələbə qazandıq.

- Rahid Əmirquliyevdən əvvələr futbolçu kimi müsahibə alırdıq. İndi isə klub prezidenti kimi söhbətləşirik. Nə hisslər keçirirsiniz?
- Bu mövsüm oynamağı düşünürdüm. Hələ də düşünürəm. Prezident olmağım da təsadüfi alındı. Komanda ciddi problemlərlə üzləşdi və sponsorsuzluq məsələsi yaşadıqdan sonra bu vəzifəyə təyin olundum. Komanda dağılmaq üzrə idi. Sağolsun Futbolun İnkişaf Fondundan Tural Piriyev. Onların dəstəyi ilə bu vəziyyətdən çıxdıq.

- Qələbə münasibətilə oyunçularınıza mükafat verməyi düşünürsünüz?
-Düzdür, o barədə də problemlərimiz var. Ancaq çalışacağıq ki verək.

-Komandanıza yeni transferlər etməyi düşünürsünüz?[/b
- Hazırda "pəncərə" bağlı olduğundan, istəsək də bunu edə bilmərik. Biz komandanı toparlamağa gec başladığımız üçün istədiyimiz transferləri edə bilmədik. Yanvara qədər işlər yaxşı getsə, inşallah heyəti genişləndirməyi planlaşdırırıq.

[b]- Bu mövsüm komandanızdan gözləntiniz nədir? Neçənci pillə sizi qane edəcək?

- Əsas ortalarda qərarlaşaq və çempionatda möhkəmlənək. Komandamız əlindən gələnin ən yaxşısını edəcək ki, irəli getsin.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR