son dəqiqə SON DƏQİQƏ

İsveçrədə 21 qol vurdu, Türkiyə klubuna keçdi

Bölmə adı Türkiyə
Yayımlandı 12-09-2025, 23:14

İsveçrənin “Qrasshopper” klubundan ayrılan Tuğra Turhan karyerasını Türkiyədə davam etdirəcək.

Sport1.az xəbər verir ki, 18 yaşlı hücumçu “Başakşəhər”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Turhan ötən mövsüm “Qrasshopper”də 30 oyunda 21 qol vurub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR