son dəqiqə SON DƏQİQƏ

Türkiyə millisinin sabiq üzvü I Liqa klubunda

Bölmə adı Türkiyə
Yayımlandı 12-09-2025, 19:32

Türkiyə millisinin sabiq üzvü Hasan Ali Kaldırımın yeni klubu müəyyənləşib.

Sport1.az xəbər verir ki, 35 yaşlı sol cinah müdafiəçisi karyerasını I Liqada davam etdirəcək.

Hasan Ali "Amedspor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Hasan Ali Kaldırımın son klubu "Kayserispor" olub. O, daha əvvəl "Fənərbaxça", "Başakşehir" və "Ankaragücü"də çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR