son dəqiqə SON DƏQİQƏ
Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq”

"Görüləcək çox işlərimiz var" - İlham Yadullayev

Bölmə adı I Liqa
Yayımlandı 12-09-2025, 12:11

Futbol üzrə Azərbaycan l Liqasına start verildi.

İlk turun ikinci görüşundə MOİK yerli publika qarşısında "Şahdağ Qusar"ı qəbul etdi. Bir qolun qeydə alındığı qarşılaşmada qonaqlar qalib gəldi. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayev məğlubiyyətlə bağlı Sport1.az-a danışdı:

"Mövsümdə ilk oyunumuzu keçirdik. Ağır qarşılaşma oldu. Rəqibin qapısı qarşısında çoxsaylı qol imkanları yaratsaq da, son nöqtəni qoya bilmədik. Müdafiədə boşluqlara yol verdik. Qusarlılar bu səhvimizdən maksimum yararlanaraq qapımıza yol tapdı. Rəqibi qələbə münasibətiylə təbrik edirəm".

Veteran futbolçu komandasının hazırlığından və mövsümdəki hədəflərindən də söz açdı:

"Mübariz bir komanda formalaşdırmaq əsas məqsədimizdir. Çempionatın gedişatındakı nəticələrdən asılı olaraq mövsümdə hansı yerlər uğrunda mübarizə aparacağımız da bəlli olacaq. Görüləcək çox işlərimiz var. Hazırda bu barədə danışmaq tezdir, amma gələcək üçün başlıca hədəfimiz elitaya yuksəlməkdir".

Mirzə S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR