Azərbaycan I Liqasının debütantı "Şimal" ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın ev oyunlarını keçirdiyi Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu I Liqa matçları üçün əlverişsiz hesab olunduğundan Şimal təmsilçisi Şamaxıya köçüb.