son dəqiqə SON DƏQİQƏ
"Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm”

"Canni De Byazi yola salınanda demişdim ki..." - İqor Ponomaryov

Bölmə adı Milli / Manşet
Yayımlandı 11-09-2025, 17:13

“Sabah”ın idman direktoru İqor Ponomaryovun Sport1.az-a müsahibəsi...

– Millimizin İslandiya ilə bağlı fiaskosu barədə nə deyə bilərsiniz?

– Əlbəttə ki, yığmamızın İslandiyada keçirdiyi qarşılaşma nə futbol ictimaiyyəti, nə də azarkeşlər üçün qaneedici oldu. Komanda meydanda olduqca gücsüz və təsirsiz təsir bağışladı. Lakin Ukrayna ilə oyunda milli komandamızın çıxışında müəyyən müsbət dəyişikliklər hiss olundu. Futbolçularımız mübarizlik göstərməklə yanaşı, qol vurmağı bacardılar və ən önəmlisi, məğlubiyyətdən qaçdılar.

– Fernandu Santuşun dönəmi ilə Ayxan Abbasovun rəhbərliyi altında çıxış edən yığma arasında hansı əsas fərqləri görürsünüz?

– Santuşun dövründə millidə ciddi ruh düşkünlüyü hiss olunurdu. Xüsusilə İslandiya ilə görüşdə bu açıq-aydın görünürdü. Portuqaliyalı çalışdırıcının nə etmək istədiyini nə futbolçular, nə də azarkeşlər anlaya bildi. Ayxan Abbasov isə az zaman ərzində komanda üzərində təsirini göstərdi, strategiya dəyişikliklərinə getdi və oyunçulara öz yanaşmasını aşılamağı bacardı. Gənc məşqçi futbolçuları inandıra bildi ki, onlar nailiyyət qazana bilərlər. Ayxan Abbasov oyunçuları oyuna psixoloji cəhətdən yaxşı hazırlayır və hər birindən maksimum nəticə tələb edir. Təəssüf ki, bu fikirləri onun xarici əvvəlki rəhbəri haqqında deyə bilmərəm. Qısası, dünən Ayxan Abbasov və kollektivi yaxşı iş ortaya qoydu.

– Sizcə, artıq yerli məşqçilərə daha çox şans verilməlidirmi? Ayxan Abbasov seçmə mərhələnin sonuna qədər vəzifəsində qalmalıdırmı?

– Hər zaman milli komandada yerli uzmanların çalışmasının tərəfdarı olmuşam. Hətta Canni De Byazi yola salınanda da demişdim ki, komandaya Arif Əsədov rəhbərlik etməlidir. Onun dönəmində yığma daha mübariz, daha innovativ oyun sərgiləyirdi. Düzdür, dünən Ukrayna ilə matçda üstün futbol oynamadıq, yaradıcı hücumlar çox deyildi. Amma arzu vardı, səbir və iradə göstərildi və komanda heç olmasa məğlubiyyətdən xilas oldu. Ayxan Abbasovun baş məşqçi vəzifəsində qalması məsələsinə federasiya qərar verəcək. Lakin şəxsi fikrim budur ki, yığmaya yerli çalışdırıcının rəhbərlik etməsi daha münasibdir.

– Komandanın heyətində fərqlənən futbolçulardan biri də “Sabah” klubunun üzvü Abdullah Xaybullayev idi. Onun çıxışını necə dəyərləndirirsiniz?

– Açığı, Xaybullayev məni yaxşı mənada heyrətləndirdi. Meydanda olduqca təmkinli və özünə güvənən çıxış etdi. İlk oyun üçün normal performans göstərdi. Ona gələcəkdə də milli komandada uğurlar arzulayıram. Bacarığı var və ümid edirəm ki, özünü daha da yaxşı tərəfdən göstərəcək.

– Sizcə, bu heyətlə Azərbaycan millisi nələrə ümid edə bilər?

– Mən daxil olmaqla, bütün veteran futbolçular, futbol ictimaiyyəti və azarkeşlər yığmadan daha yaxşı oyunlar və nəticələr gözləyirik. Futbolçular həm psixoloji, həm fiziki, həm də taktiki baxımdan təkmilləşməlidirlər. Əminəm ki, öz cavabdehliklərini dərk edirlər. Deyə bilərəm ki, hər bir azərbaycanlı futbolçu milli formanı geyindikdə var gücü ilə mübarizə aparmağa hazırdır. Qarşıdakı oyunlarda Azərbaycan yığmasına nailiyyətlər arzu edirəm.

Mirzə S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR