son dəqiqə SON DƏQİQƏ
İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qalib gəldi ● Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib ● “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib ● “Zirə”nin futbolçusu millidə fərqlənib ● I Liqa: IV turun oyun cədvəli açıqlanıb ● “Marafon”dan darmadağın ● ABF yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib ● Tamerlan Əzizov ilk ATP reytinq xallarını qazanıb ● “Qaradağ Lökbatan” 3 xalı 4 qolla qazandı ● Amerikalı basketbolçu “Sumqayıt”da ● AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub ● "Marafon" "Dinamo"nu, "Qaradağ Lökbatan" "Difai"ni məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● "Sabah" - "Qarabağ" matçının baş tutacağı stadion və saat açıqlanıb ● "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq ● "Mingəçevir Reqatası - 2026": Füzuli mərhələsinin ilk qalibləri bəlli olub ● "Sumqayıt"dan növbəti transfer ● İnfantino U-15 Dünya Çempionatına hazırlığın gedişi ilə tanış olub ● NTD-dən daha 3 transfer ● "Qarabağ" - "Neftçi" matçının tarixi açıqlanıb ● MPL: "Sabah" və "Qarabağ"ın təxirə salınmış qarşılaşmalarının ● Millimizin Lixtenşteynə qarşı matçınının hakim təyinatları ● U-19 Avropa Çempionatı: Millimiz yarışa bu mərhələdən başlayacaq ● Ayxan Abbasovun növbəti mətbuat konfranslarının tarixləri açıqlanıb ● Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib ● Günün oyunları: ● "Xankəndi"də yeni baş məşqçi ● "Qarabağ"ın qapıçısı Zlomisliç millidə növbəti matçına çıxdı ●

Sudakov Azərbaycan millisi barədə nə dedi?

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 11-09-2025, 13:33

Futbol üzrə Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçirilən oyun (1:1) barədə fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, "Megogo" saytına danışan 23 yaşlı futbolçu deyib: "Niyə belə oldu, demək çətindir. Ümumilikdə yetərincə qol vəziyyətimiz var idi, 1:0 hesabı ilə öndə idik. Sonra bir əks-hücum, cərimə meydançasına ötürmə, əllə oynama epizodu və penalti... Sadəcə bəxtimiz gətirmədi. Hakim penalti təyin etdi. İkinci qolu vurmağa imkan tapmadıq. Açığı, nə deyəcəyimi də bilmirəm. Oyunu indi analiz etmək çox çətindir. Topa nəzarət edirdik, imkanlar yaradırdıq".

Sudakov Azərbaycanla oyundan əvvəl Kiyevdəki evinin yaxınlığına raketin düşməsi barədə də danışıb: "Oyundan öncə yaşadığım hadisə barədə isə deyim ki, psixoloji cəhətdən çox ağır idi. Ailəm üçün narahat idim. Hazırda həyat yoldaşım uşaqlarımızla valideynlərinin evinə köçüb. Düşünürəm ki, siz də şəkillərdə görmüsünüz – mərmi 15-ci mərtəbəyə düşmüşdü. O an ailəm 9-cu mərtəbədə idi. Bina kompleksinin ərazisi də dağıntılar altındadır, bir çox avtomobil zədələnib. Davamlı olaraq pəncərələr sınır, bir çox mənzilin şüşələri dağılıb".

Sudakov Azərbaycanla matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun meydançasından narazlıq edib, amma rəqibin də orada oynadığını söyləyib:"Meydança çox ağır vəziyyətdə idi, lakin bu, hər iki komanda üçün eyni idi. Odur ki, artıq bu barədə danışmağın mənası yoxdur".

O, Azərbaycan millisi haqda isə bildirib: "Azərbaycan millisi müdafiədə intizamlı və yaxşı təşkilatlanmış komandadır. Bir neçə texniki futbolçuları var idi, hansı ki, fərdi keyfiyyətləri ilə nəsə yarada bilərdilər. Amma ümumilikdə elə də bu komandada qeyri-adi bir şey görmədik.

Təbii ki, nəticəyə görə hamımız məyus olduq. Anlayırdıq ki, bu oyunda yalnız 3 xal götürmək lazım idi. Daha artığını istəyirdik, amma alınmadı. Oyunu təhlil edəcəyik. Hesab edirəm ki, hər bir futbolçu ilk növbədə öz çıxışına fərdi şəkildə qiymət verməli və növbəti toplanışa tam fərqli motivasiya ilə gəlməlidir”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR