“Karvan-Yevlax” iki futbolçu ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rəhman Şabanov və Ceyhun Bağırzadə ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
“Karvan-Yevlax” çempionatda 3 turdan sonra 4 xalla 6-cı sıradadır.