Millimiz Moldovada təlim-məşq toplanışında olacaq

Bölmə adı Milli
Yayımlandı 10-09-2025, 14:15

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 14-dək Bakıda, ardından Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.

Sport1.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-19 Kişineu toplanışı çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

16 sentyabr

17:00. Moldova (U-19, Qadınlar) - Azərbaycan (U-19, Qadınlar)
CPSM stadionu, Kişineu

18 sentyabr

17:00. Moldova (U-19, Qadınlar) - Azərbaycan (U-19, Qadınlar)
CPSM stadionu, Kişineu
Qeyd: oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Müəllif: Sport1.az