son dəqiqə SON DƏQİQƏ
İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qalib gəldi ● Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib ● “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib ● “Zirə”nin futbolçusu millidə fərqlənib ● I Liqa: IV turun oyun cədvəli açıqlanıb ● “Marafon”dan darmadağın ● ABF yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib ● Tamerlan Əzizov ilk ATP reytinq xallarını qazanıb ● “Qaradağ Lökbatan” 3 xalı 4 qolla qazandı ● Amerikalı basketbolçu “Sumqayıt”da ● AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub ● "Marafon" "Dinamo"nu, "Qaradağ Lökbatan" "Difai"ni məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● "Sabah" - "Qarabağ" matçının baş tutacağı stadion və saat açıqlanıb ● "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq ● "Mingəçevir Reqatası - 2026": Füzuli mərhələsinin ilk qalibləri bəlli olub ● "Sumqayıt"dan növbəti transfer ● İnfantino U-15 Dünya Çempionatına hazırlığın gedişi ilə tanış olub ● NTD-dən daha 3 transfer ● "Qarabağ" - "Neftçi" matçının tarixi açıqlanıb ● MPL: "Sabah" və "Qarabağ"ın təxirə salınmış qarşılaşmalarının ● Millimizin Lixtenşteynə qarşı matçınının hakim təyinatları ● U-19 Avropa Çempionatı: Millimiz yarışa bu mərhələdən başlayacaq ● Ayxan Abbasovun növbəti mətbuat konfranslarının tarixləri açıqlanıb ● Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib ● Günün oyunları: ● "Xankəndi"də yeni baş məşqçi ● "Qarabağ"ın qapıçısı Zlomisliç millidə növbəti matçına çıxdı ●

Millinin heyəti açıqlandı

Bölmə adı Güləş
Yayımlandı 9-09-2025, 20:27

13-21 sentyabrda Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı keçiriləcək.

Sport1.az xəbər verir ki, bu gün ilin ən mötəbər güləş yarışında iştirak edəcək komandalarımızın heyəti açıqlanıb.

Mundiala baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər start verəcək. Heyətdə İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Qadjiyev (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) yer alıb.

Daha sonra estafet qadın güləşinə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq) və Birgül Soltanova (62 kq) xalçaya çıxacaq.

Yarışın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) ölkəmizi təmsil edəcək.

Dünya çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR