son dəqiqə SON DƏQİQƏ
İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qalib gəldi ● Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib ● “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib ● “Zirə”nin futbolçusu millidə fərqlənib ● I Liqa: IV turun oyun cədvəli açıqlanıb ● “Marafon”dan darmadağın ● ABF yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib ● Tamerlan Əzizov ilk ATP reytinq xallarını qazanıb ● “Qaradağ Lökbatan” 3 xalı 4 qolla qazandı ● Amerikalı basketbolçu “Sumqayıt”da ● AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub ● "Marafon" "Dinamo"nu, "Qaradağ Lökbatan" "Difai"ni məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● "Sabah" - "Qarabağ" matçının baş tutacağı stadion və saat açıqlanıb ● "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq ● "Mingəçevir Reqatası - 2026": Füzuli mərhələsinin ilk qalibləri bəlli olub ● "Sumqayıt"dan növbəti transfer ● İnfantino U-15 Dünya Çempionatına hazırlığın gedişi ilə tanış olub ● NTD-dən daha 3 transfer ● "Qarabağ" - "Neftçi" matçının tarixi açıqlanıb ● MPL: "Sabah" və "Qarabağ"ın təxirə salınmış qarşılaşmalarının ● Millimizin Lixtenşteynə qarşı matçınının hakim təyinatları ● U-19 Avropa Çempionatı: Millimiz yarışa bu mərhələdən başlayacaq ● Ayxan Abbasovun növbəti mətbuat konfranslarının tarixləri açıqlanıb ● Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib ● Günün oyunları: ● "Xankəndi"də yeni baş məşqçi ● "Qarabağ"ın qapıçısı Zlomisliç millidə növbəti matçına çıxdı ●

Ali Koçdan baş məşqçi açıqlaması

Bölmə adı Türkiyə
Yayımlandı 7-09-2025, 21:18

“Fənərbağça”nın prezidenti Ali Koç yeni baş məşqçi məsələsi ilə bağlı açıqlamalar verib.

Sport1.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o deyib:

"Bir nömrəli alternativimiz Luçiano Spalletti idi. Uzun danışıqlar apardıq, artıq "hə" cavabına yaxın idik, amma ailəsi ilə birlikdə qərar verdi ki, bu mövsüm çalışmasın. Hazırda 3-4 xarici mütəxəssislə danışırıq. Yerli olarsa, İsmail Kartal olmalıdır. Lakin onun gəlişini istəyənlər qədər istəməyənlər də var.

Soruşacaqlar ki, niyə xarici məşqçilərə üstünlük veririk. Kağız üzərində baxanda bu il heyətimiz tariximizin ən güclülərindən biridir. Hər oyunda 11 futbolçudan təxmini 8-9-u legioner olacaq. Ona görə də ulduzların idarə olunması, Avropa təcrübəsi çox önəmlidir.

Asan qərar deyil. Bir-iki günə kimisə açıqlayacağıq. Yerli də, əcnəbi də namizədlərimiz var. Hər birinin üstünlükləri və çatışmazlıqları mövcuddur".

Xatırladaq ki, ötən ayın sonunda Joze Mourinyo "Fənərbağça"nın baş məşqçilik vəzifəsindən istefaya göndərilib. Türkiyə mediasının yazdığına görə, buna səbəb komandanın uğursuz nəticələri olub. İstanbul təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya uduzaraq mübarizəni dayandırıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR