son dəqiqə SON DƏQİQƏ
İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qalib gəldi ● Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib ● “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib ● “Zirə”nin futbolçusu millidə fərqlənib ● I Liqa: IV turun oyun cədvəli açıqlanıb ● “Marafon”dan darmadağın ● ABF yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib ● Tamerlan Əzizov ilk ATP reytinq xallarını qazanıb ● “Qaradağ Lökbatan” 3 xalı 4 qolla qazandı ● Amerikalı basketbolçu “Sumqayıt”da ● AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub ● "Marafon" "Dinamo"nu, "Qaradağ Lökbatan" "Difai"ni məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● "Sabah" - "Qarabağ" matçının baş tutacağı stadion və saat açıqlanıb ● "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq ● "Mingəçevir Reqatası - 2026": Füzuli mərhələsinin ilk qalibləri bəlli olub ● "Sumqayıt"dan növbəti transfer ● İnfantino U-15 Dünya Çempionatına hazırlığın gedişi ilə tanış olub ● NTD-dən daha 3 transfer ● "Qarabağ" - "Neftçi" matçının tarixi açıqlanıb ● MPL: "Sabah" və "Qarabağ"ın təxirə salınmış qarşılaşmalarının ● Millimizin Lixtenşteynə qarşı matçınının hakim təyinatları ● U-19 Avropa Çempionatı: Millimiz yarışa bu mərhələdən başlayacaq ● Ayxan Abbasovun növbəti mətbuat konfranslarının tarixləri açıqlanıb ● Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib ● Günün oyunları: ● "Xankəndi"də yeni baş məşqçi ● "Qarabağ"ın qapıçısı Zlomisliç millidə növbəti matçına çıxdı ●

“Qalatasaray”ın 75 milyona aldığı Osimhen zədələndi

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 7-09-2025, 14:38

DÇ-2026-nın 7-ci turunda Nigeriya ilə Ruanda arasında keçirilən oyunda Viktor Osimhen zədə alıb.

Sport1.az xəbər verir ki, 27-ci dəqiqədə zədələnən Nigeriya millisinin və “Qalatasaray”ın ulduzu oyunu davam etdirə bilməyib və 36-cı dəqiqədə Sirel Desserslə əvəzlənib.

Matçdan sonra Nigeriya millisinin baş məşqçisi Erik Çell Osimhenin durumu barədə belə danışıb: “O, topuğunda ağrı hiss etdi. Vəziyyəti sabah (bu gün - red.) qiymətləndiriləcək”.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk da Osimhenin zədələnməsi barədə danışıb. O deyib: “Osimhenlə əlaqə saxladıq. Ayağında ağrı olduğunu öyrəndik. Hazırda dəqiq vəziyyəti bilmirik. İmkan olarsa, ən qısa zamanda onu bura gətirib yoxlanışdan keçirmək istəyirik. Sabah daha dəqiq bilinəcək. Ağrısı var və 2 gün sonra keçiriləcək oyuna çıxa bilməyəcək. Nə durumda olduğunu görəcəyik. Qarşıdan Çempionlar Liqası oyunları gəlir. Bizim üçün çox üzücü oldu. Ümid edirəm, ciddi bir şey deyil. Futbolçular milli komandaya gedəndə həmişə müəyyən narahatlığım olur, bu axşam isə həmin qorxular bir az gerçəyə çevrildi”.

Xatırladaq ki, “Qalatasaray” bu yay Osimheni 75 milyon avro təzminatla “Napoli”dən birdəfəlik transfer edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR