SON DƏQİQƏ
AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu İqor Ribeyronu cəzalandırıb.
Sport1.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
Qərarda qeyd olunub ki, 25 yaşlı müdafiəçi “Turan Tovuz” oyunun 55-ci dəqiqəsində təcavüzkar davranışa yol verib (rəqibi vurub). Nəticədə o, birbaşa qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi bu səbəbdən də braziliyalı futbolçunu 3 oyunluq cəzalandırıb.
Paytaxt təmsilçisi isə 3000 manat cərimələnib.
Qeyd edək ki, bu ilin avqust ayının 1-də "Araz-Naxçıvan"dan "Neftçi"yə keçib.