Məşhur platforma açıqladı: "Qarabağ" ÇL-i bu pillədə bitirəcək - İDDİA

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 2-09-2025, 10:17

"Qarabağ" klubunun 2025-2026 mövsümü üzrə Çempionlar Liqasının əsas mərhələsindəki şansları müəyyənləşdirilib.

Sport1.az xəbər verir ki, "Football Meets Data" statistika platforması ÇL-nin liqa mərhələsində komandaların tutacağı yerləri müəyyənləşdirib. 1/8 finala birbaşa vəsiqə qazanacaq komandaların "Arsenal", "Liverpul", "Real Madrid", "Barselona", "İnter", "Mançester Siti", "Çelsi" və PSJ-nin olması təxmin edilir.

Bu mərhələ üçün "Qarabağ"ın 0,1% şansı var. Superkompüter isə ilk 24 komanda arasında qərarlaşması üçün Ağdam təmsilçisinə 9% şans verib.

Qeyd edək ki, "Qarabağ" ÇL-də ilk oyununu 16 sentyabrda "Benfika"ya qarşı keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR