son dəqiqə SON DƏQİQƏ
"Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb

"Xəzər Lənkəran" qayıdır? - Mübariz Mənsimov AÇIQLADI

Bölmə adı Futbol
Yayımlandı 1-09-2025, 17:37

Fəaliyyətini dayandıran “Xəzər Lənkəran” futbol klubunun sabiq sahibi Mübariz Mənsimov sabiq futbolçu Oktay Derelioğlu ilə görüşüb.

Sport1.az xəbər verir ki, iş adamı bu barədə sosial media hesabında paylaşım edib. Mənsimov bildirib ki, həm Azərbaycanın, həm də Türkiyənin tanınmış futbolçularından biri olan Derelioğlu onun qonağı olub:

“Bir zamanlar Azərbaycanın və Türkiyənin sevilən futbolçusu, "Xəzər Lənkəran"ın əsas oyunçularından biri Oktay Derelioğlu bu gün mənim qonağım idi. Futbolun hazırkı vəziyyəti və Azərbaycan futbolunun son illərdəki inkişafı barədə maraqlı bir söhbətimiz oldu. Bu anlar mənim üçün çox dəyərli idi”.

İş adamı klubun gələcəyi ilə bağlı da nikbin fikirlər səsləndirib:

“İnşallah, bir gün "Xəzər Lənkəran" yenidən fəaliyyətə başlayar və biz Oktay Derelioğlunu baş məşqçi kimi komandamızın sükanı arxasında görərik”.


Qeyd edək ki, Oktay Derelioğlu 2004–2005-ci illərdə “Xəzər Lənkəran”ın heyətində çıxış etmiş və azarkeşlərin rəğbətini qazanmışdı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR