Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb.
Sport1.az xəbər verir ki, bu status arenanın daha yüksək səviyyəli beynəlxalq oyunlara ev sahibliyi etməsi üçün yeni imkanlar yaradır.
Xatırladaq ki, "Kəpəz" bu gün adıçəkilən stadionda ilk rəsmi oyununa çıxacaq və Qərb derbisi çərçivəsində "Turan Tovuz"la qarşılaşacaq.