son dəqiqə SON DƏQİQƏ

Stolüstü tennisçimiz finalda

Bölmə adı Tennis
Yayımlandı Bu gün, 17:54

Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransada keçirillən "Euro Mini Champs" yarışında iştirak edib.

Sport1.az xəbər verir ki, ilk 3 mərhələni lider kimi başa vuran Mehin 1/8 finalda moldovalı, 1/4 finalda fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.

Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan idmançı 3-0 hesablı qələbə ilə mini Avropa Çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb.

Stolüstü tennisçimiz həlledici görüşdə Latviya idmançısı ilə qarşılaşacaq.

Müəllif: Sport1.az