"Gəncəbasar" iki yarımmüdafiəçi transfer edib.
Sport1.az xəbər verir ki, bölgə klubu Tuqay Əlizadə və Emin Məcidzadə ilə anlaşıb.
Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Tuqay 21 yaşlılardan ibarət Azərbaycan millisində də çıxış edib.
Əlizadə son mövsümü "Səbail"də keçirib.
Eminin son klubu isə "Difai" olub.