"Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələyə yekun vurulub.
Sport1.az xəbər verir ki, ilk qrupun son günündə iştirakçılar "SOCAR Polymer Arena"nın konfrans zalında hədiyyələr və diplomlarla mükafatlandırılıblar.
Xatırladaq ki, düşərgə "Paşa Həyat Sığorta" ASC-nin, "SOCAR Polymer" MMC-nin və "İkar-Qrup" MMC-nin ("Kəhriz Su") sponsorluğu, "Azərikimya" İB və Abşron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilir.
