son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb

Bölmə adı Digər
Yayımlandı Dünən, 20:32

Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən “Euro Mini Champs” yarışında uğurla çıxış edib.

Sport1.az xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. 

Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3-0 hesablı qələbə ilə mini Avropa çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb. Həlledici görüşdə turnirin ötənilki qalibi Kaja Tvorogalla qarşılaşan Mehin Mirzəbalayeva, latviyalı rəqibinə də 3:1 hesabı ilə qalib gələrək, "Euro Mini Champs"ın baş mükafatına layiq görülüb.

Qeyd edək ki, bu, stolüstü tennisçilərimizin sözügedən yarışda qazandığı ilk qızıl medaldır. Bundan əvvəl Onur Quluzadə analoji yarışın bürünc mükafatına sahib çıxmışdı.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR