“Neftçi”nin sabiq futbolçusu “Səbail”də

Bölmə adı Premyer Liqa
Yayımlandı 1-09-2025, 14:55

“Səbail” PFK 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.

Sport1.az xəbər verir ki, ötən mövsümü “Araz-Naxçıvan”da keçirmiş Turan Vəlizadə icarəyə götürülüb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “dənizçilər”in uğurları üçün çalışacaq.

Vəlizadə daha əvvəl “Turan Tovuz”, “Neftçi” kimi klublarda forma geyinib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR