“Arsenal”da növbəti zədə şoku

Bölmə adı İngiltərə
Yayımlandı 1-09-2025, 14:13

“Arsenal” itki ilə üzləşib.

Sport1.az xəbər verir ki, “topçular”ın əsas müdafiəçisi Vilyam Saliba sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqanın III turunda “Liverpul”la oyunda (0:1) 5-ci dəqiqədə zədə alan fransalı oyunçu meydanı tərk edib.

Salibanın son durumu tibbi müayindən sonra bilinəcək.

“Arsenal”da daha əvvəl yarımmüdafiəçilər Bukayo Saka və Kay Haverts zədələnib.

Müəllif: Sport1.az