Premyer Liqadan Bundesliqaya

Bölmə adı Almaniya
Yayımlandı 1-09-2025, 09:56

"Borussiya Dortmund" növbəti transferini rəsmiləşdirib.

Sport1.az xəbər verir ki, komanda "Vulverhempton"dan Fabio Silvanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bundesliqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 22,5 milyon avro ödəyib.

Qeyd edək ki, Silva "Vulverhempton"a 2020-ci ildə "Portu"dan 40 milyon avro qarşılığında transfer olmuşdu.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR