"Milan"dan 40 milyon avroluq transfer

Bölmə adı İtaliya
Yayımlandı 30-08-2025, 17:45

"Milan" heyətinə yeni hücumçu cəlb edib.

Sport1.az xəbər verir ki, A Seriyası nəhəngi "Çelsi"nin Kristofer Nkunkunu transsfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Milan" fransalı forvard üçün İngiltərə klubuna 35+5 avro təzminat ödəyəcək. 27 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Çelsi" Kristofer Nkunkunu 2023-cü ilin yayında "Leypziq"dən transfer edib. Fransa millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az