son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi

"Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur"

Bölmə adı Milli
Yayımlandı Bu gün, 11:57

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının Azərbaycanla oyunlar haqqında danışıb.

Sport1.az xəbər verir ki, çalışdırıcı ölkəmizdə klub futbolunun daha çox önəm kəsb etdiyini vurğulayıb:

"Azərbaycan millisi reytinqdə bir az yuxarıda olsa da, düşünürəm ki, bunun o qədər də əhəmiyyəti yoxdur. Məncə, zehni, fiziki və taktiki cəhətdən daha yaxşı hazırlıqlı olan komandalar qalib gələcək. Azərbaycan yerli oyunçu qaydasından imtina etdi və klubları Çempionlar Liqasına çıxdı. Bəs orada nə qədər yerli oyunçu oynayır? Milli komanda üçün hansı tələblər var?

Düşünürəm ki, orada prioritet klub futboludur. Görünür, milli komandaya böyük təzyiq yoxdur. Onların seçdiyi yol budur. Düşünürəm ki, bizimki fərqli olmalıdır. Burada milli komandaya qarşı təzyiq, tələblər və gözləntilər daha yüksəkdir. Mənə elə gəlir ki, əsas məqsədimiz yerli oyunçularımız olmalı və onlar üçün daha əlverişli qaydalar hazırlanmalıdır. İnanıram ki, bu, milli komanda, Litva futbolu üçün müsbət təkan olardı".

Edqaras "Sabah"ın heyətində Azərbaycan çempionu olan Valdas Dambrauskasdan da söz açıb:

"Əlbəttə, Valdasın nailiyyəti möhtəşəmdir. Bunu oyunçunun elit çempionatda elit komandaya düşməsi ilə müqayisə edərdim. O, hər şeyin real olduğunu, bunun nağıl olmadığını. Bu, bir faktdır. Valdas bunu etdi. Bir daha sübut etdi ki, o, əla mütəxəssisdir.

Komandanın gücü vacib olmaya bilər, amma düzgün istiqamətdə işlədikdə, klub rəhbərliyi ilə yaxşı uyğunlaşma olduqda, bu cür məqsədlərə nail olmaq mümkündür. Bəlkə də şəxsi söhbətimiz olacaq, bəlkə də bəzi fikirlərini bildirəcək. O, komandamızı çox dəstəkləyir və yəqin ki, bizim üçün faydalı ola biləcək detalları gizlətməyəcək".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR