Bolqarıstanda boksçular arasında Avropa Çempionatı keçirilir.
Sport1.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.
Nəbi İsgəndərov (70 kq) 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkib.
Boksçumuz ardıcıl 3-cü döyüşündən də qalib ayrılıb - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27).
İsgəndərov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.
Onun finala gedən yolda rəqibi Con MakKonnell (İrlandiya) olacaq.
Səidcəmşid Cəfərov (75 kq) 1/8 finalda Muksim Abdullayla (Almaniya) üz-üzə gəlib.
Dünya Çempionatının mükafatçısı hər 3 raundu xeyrinə bitirib və yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb.
O, növbəti görüşündə Kevin Skottla (İsveç) qüvvəsini sınayacaq.
Hər 2 görüş sentyabrın 23-də keçiriləcək.
Yarışa sentyabrın 25-də yekun vurulacaq.