son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib "Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur "Sumqayıt"da yeni sözləşmə "Naxçıvan"dan növbəti transfer Milli komandaların məşqçiləri üçün Şamaxıda təlim keçirilib "Hakim "Neftçi"nin futbolçusuna qırmızı vərəqə verməli idi" Premyer Liqa klublarının yay transferləri Yeni idman zalının və minifutbol meydançasının açılış mərasimi olub "Sumqayıt" Basketbol Klubunun məşqçilər korpusu müəyyənləşib Çempionlar Liqası: Təmsilçimizin oyunlarının yeri və tarixi açıqlanıb U-21 Millimizin seçmə mərhələdəki matçının hakim təyinatları açıqlanıb "Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal

Milli komandaların məşqçiləri üçün Şamaxıda təlim keçirilib - FOTOLAR

Bölmə adı Güləş
Yayımlandı Bu gün, 15:34

Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub.

Sport1.az xəbər verir ki, 19-20 sentyabrda keçirilən proqram çərçivəsində məşqçilər üçün həm istirahət, həm də peşəkar fəaliyyətin müxtəlif istiqamətlərini əhatə edən tədbirlər keçirilib.

Proqramın ilk günündə iştirakçılar AGF-nin strategiyası və strukturu ilə bağlı baş katib Pərvin Piriyevin təqdimatı ilə tanış olublar. Ardınca Azərbaycan çempionatı üzrə analitik məlumatlar diqqətə çatdırılıb.

Fiziki hazırlıq mövzusunda Azərbaycan İdman Akademiyasında PhD təhsili alan, eyni zamanda Football Science Institute-də magistr təhsilini davam etdirən, Almaniyanın Maynts şəhərində futbol üzrə ümumi fiziki hazırlıq, məşqçilik və idman elmi istiqamətində kursda iştirak etmiş, ABŞ-ın Delaware Universitetində “International Coaching Enrichment Certificate Program” proqramını tamamlamış Hakim İbrahimov tərəfindən təlim keçirilib.

Daha sonra ANDOP Akademiyasında Nutrisiologiya və Dietologiya, Kıbrıs Universitetində Funksional Tibb Dietoloqu, İstanbul Universitetində Qidalanmanın İdarə Olunması, NutriHome Akademiyasında Global Cert və İATELS təsdiqli İdman Qidalanması, üzrə sertifikat proqramından keçmiş dietoloq Məhəmməd Abdullayev idmançıların düzgün qidalanmasıyla bağlı təqdimatla çıxış edib.

Növbəti gün əvvəlcə bir neçə gün öncə dünyasını dəyişmiş qadın güləşi üzrə milli komandanın məşqçisi Həsrət Məmmədyarovun məzarı ziyarət edilib. AGF-nin data bazasının yaradılması, UWW-nin göstəriciləri əsasında rəqib güləşçilərin təhlili və video-analizi mövzusunda Strategiya və Performans şöbəsinin əməkdaşı Murad Cabbarovun təqdimatı baş tutub.

Daha sonra məşqçilər komandalara bölünərək müzakirələr aparıblar. Yunan-Roma güləşi üzrə U17 milli komandanın böyük məşqçisi Rafiq Hüseynov yığma komandaya seçim qaydalarından, Məhəmməd Abdullayev isə idmanda düzgün çəkisalma prosesinin təşkilindən danışıblar. Müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarının keçirilmə tarixi ilə bağlı fikir mübadiləsi aparılıb.

İki günlük proqramda kollektivdaxili ünsiyyətin və fikir mübadiləsinin inkişafına yönəlmiş komandaqurucu oyunlar da yer verilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR