"Araz-Naxçıvan" baş məşqçi postuna legioner mütəxəssis gətirəcək.
Sport1.az xəbər verir ki, ukraynalı çalışdırıcı Yuri Maksimov Azərbaycan klubunun təklifini qəbul edib.
O, 2017-2018-ci illərdə "Keşlə"də çalışıb və Azərbaycan Kubokunun sahibi olub.
Muxtar Respublika təmsilçisi 2026/27 mövsümünə uğursuz start verib.
Komanda Premyer Liqada çıxdığı 6 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alıb.