“Roma” 20 yaşlı polşalını “rənglərinə bağladı”

Bölmə adı İtaliya
Yayımlandı 30-08-2025, 14:20

"Legiya"nın müdafiəçisi Yan Zelkovski "Roma" ilə müqavilə imzalayıb.

Sport1.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı polşalı ilə müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Polşa klubu həmçinin futbolçunun gələcək satışından 10 faiz qazanacaq.

Qeyd edək ki, Zelkovski 2024/25 mövsümündə 28 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR