"Latsio" mərakeşli futbolçu üçün hərəkətə keçdi

Bölmə adı İtaliya
Yayımlandı 28-08-2025, 21:34

“Latsio” PSV-nin futbolçusu İsmael Saibari Ben El Basranı heyətinə qatmağı planlaşdırır.

Sport1.az xəbər verir ki, A seriyasının təmsilçisi mərakeşli yarımmüdafiəçi üçün klubuna rəsmi təklif göndərib.

24 yaşlı futbolçu özü İtaliya klubuna keçməyə müsbət yanaşır. Sadəcə “Latsio” PSV-nin tələb etdiyi 30 milyon avroluq təzminatı ödəməlidir.

Mərakeş millisinin üzvünün PSV ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Müəllif: Sport1.az