Dennis Man “Parma”dan ayrılmağa yaxındır

Bölmə adı İtaliya
Yayımlandı 28-07-2025, 10:12

“Parma”nın sağ cinah oyunçusu Dennis Man transfer olunmaq üzrədir.

Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan futbolçuya “Latsio” və “Torino” maraq göstərir. 26 yaşlı oyunçunun transfer dəyəri 10 milyon avrodur.

Qeyd edək ki, rumıniyalı oyunçu ötən mövsüm 34 oyunda 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az