Frank Kessiyə “Fiorentina”dan təklif var

Bölmə adı İtaliya
Yayımlandı 28-07-2025, 09:21

“Əl-Əhli”nin yarımmüdafiəçisi Frank Kessi yenidən İtaliya çempionatına qayıda bilər.

Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə “Fiorentina” maraqlanır. 28 yaşlı futbolçunun transfer dəyəri 14 milyon avrodur.

Qeyd edək ki, Kessi ötən mövsüm 44 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR