son dəqiqə SON DƏQİQƏ
“Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır - "Çelsi", "Real", kim gəlir gəlsin" AFFA İntizam Komitəsi bu səbəbdən "Neftçi"ni 2000 manat cərimələyib Boksçularımız Gürcüstana yollanıb "Neftçi" hücumçu Alessio Kurçi ilə bağlı qərarını açıqlayıb -

Qazaxıstanda 14 medal

Bölmə adı Avarçəkmə
Yayımlandı 2-06-2025, 17:57

Azərbaycan təmsilçiləri Qazaxıstanın Uralsk şəhərində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqatada 14 medal qazanıblar.

Sport1.az xəbər verir ki, komanda üzvləri 3 qızıl, 6 gümüş, 5 bürünc mükafat əldə ediblər.

İvan Vorobjanskiy bir nəfərlik kayak qayığında həm 200, həm də 500 metr məsafəyə yarışlarda qızıl medala sahib olub. Həmçinin 200 metrdə Elmir Tarverdiyev 2-ci, 500 metrdə Mustafa Vəlizadə 3-cü yer tutub.

İki nəfərlik kayak qayığında 500 metr məsafədə İvan Vorobjanskiy – Vacib Babayev cütü bütün rəqiblərini qabaqlayıblar. Mustafa Vəlizadə və Elmir Tarverdiyevin sürdüyü qayıq finişi ikinci keçiblər. İvan Vorobjanskiy rusiyalı idmançı ilə birgə bürünc medal qazanıblar. 200 metr məsafəyə yarışlarda İvan Vorobjanskiy - Hüseyn Həsənov dueti 2-ci, Vacib Babayevlə Nuran Rəhimli fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.

Kanoedə Hüseyn Səmədli 3 kateqoriya üzrə mükafatçılar sırasına düşüb. 200 metr məsafədə bir nəfərlik qayıqda bürünc, iki nəfərlik qayıqda gümüş medal qazanıb. 500 metr məsafədə iki nəfərlik qayıqda Hüseyn Səmədli 3-cü olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR