son dəqiqə SON DƏQİQƏ
Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır - "Çelsi", "Real", kim gəlir gəlsin" AFFA İntizam Komitəsi bu səbəbdən "Neftçi"ni 2000 manat cərimələyib Boksçularımız Gürcüstana yollanıb "Neftçi" hücumçu Alessio Kurçi ilə bağlı qərarını açıqlayıb - Bölgə klubundan müdafiəçi transferi Qarabağ klubunda yeni müqavilə ÇL: "Sabah"ın Liqa mərhələsindəki rəqibləri bu tarixdə müəyyənləşəcək Günün oyunları: Prezident İlham Əliyev "Sabah"ı qələbə münasibətilə təbrik edib ÇL: "Fənərbağça" əsas mərhələnin bir addımlığındadır - Tahir Gözəl də "Sabah"ı təbrik edib UEFA Çempionlar Liqası: Kamilo Duranın komandası turnirlə vidalaşıb AFFA prezidenti "Sabah"ı təbrik edib ÇL: "Hapoel"i darmadağın edən "Sabah" əsas mərhələdə -

"Çelsi", "Real", kim gəlir gəlsin"

Bölmə adı Sabah
Yayımlandı Bu gün, 13:43

"Hislər çox gözəldir. Son dəqiqə qolu həmişə möhtəşəm olur. Oyunun əvvəlki hissələrində də uşaqlar çox çalışdılar. Fanatlara da təşəkkür edirəm".

Sport1.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Tellur Mütəllimov deyib.

Yarımmüdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel"lə (Beer-Şeva) cavab matçından sonra (5:2) fikirlərini bölüşüb:

"Azarkeşlərin dəstəyi bizi daha da ruhlandırdı. Çox sevincliyik, tarix yazırıq. Kuboklar, çempionluqlar, indi də Çempionlar Liqasına düşmək…

2017-ci ildə yaranmış komandayıq. Qısa müddətdə bunları qazanmaq möhtəşəmdir.

"Çelsi", "Real", kim gəlir gəlsin, maksimum yaxşı nəticə üçün çalışacağıq. Fanatlara da səslənirəm, gəlib dəstək olsunlar, onlara ehtiyacımız var".

Xatırladaq ki, "bayquşlar" qitənin birinci dərəcəli klub turnirinin Liqa mərhələsində, İsrail təmsilçisi isə Avropa Liqasının əsas raundunda mübarizə aparacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR