AFFA İntizam Komitəsi iki klubu cərimələyib.
Sport1.az xəbər verir ki, Misli Premyer Liqasının 2-ci turunun "Zirə" - "İmişli" oyununda qonaq komanda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
"Neftçi" - "Araz-Naxçıvan" duelində stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandırılıb.
Paytaxt təmsilçisi buna görə 2000 manat cərimə ödəyəcək.