son dəqiqə SON DƏQİQƏ
"Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq Millimizdən minimalhesablı qələbə Ayxan Abbasov: “Gənclərə yol açmaq lazımdır” “Azərbaycan D liqasında olmağa layiq deyil” Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxıb

"Çox istəyərdim ki, indiki futbolçularımız da bizim nəsil kimi döyüşsünlər” - Sabiq bombardir

Bölmə adı Premyer Liqa
Yayımlandı 30-05-2025, 20:55

Premyer Liqada 2024/25 mövsümü başa çatdı. Cari "futbol ili"ndə bombardirlik yarışında azərbaycanlı futbolçular "dişsizliyi" ilə seçildi.

"Snayperlər"in mübarizəsində Leandro Andrade 15 qolla lider oldu. Siyahıda cəmi iki yerli futbolçu - Nəriman Axundzadə və Filip Ozobiç yer aldı ki, onlardan birincisi 9, digəri isə 8 dəfə rəqib qapılarına yol tapa bildi.

Görəsən, yerli futbolçular nə üçün çempionat matçlarında qol vura bilmirlər. Onlar niyə geridə qalan mövsümdə fəallıq göstərə bilmədilər? Suallarımızı veteran futbolçu Paşa Əliyevə ünvanladıq. 2000/01 mövsümünün bombardiri mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Bu mövsüm yerlilər üçün yaxşı keçmədi. Bombardirlik yarışında azərbaycanlı futbolçunun qalib olmaması məni çox üzür. Onsuz da Premyer Liqanın ən sərrast futbolçusu olan Leandro Andrade də cəmi 15 qol vurmağı bacardı. Mahir Emreli güclülər dəstəsində çıxış etsəydi, Ramil Şeydayev, Musa Qurbanlı və digər yerli forvardlarımızı formada olsaydılar, bombardirlik yarışında daha yaxşı rəqabət görə bilər və azərbaycanlı futbolçuların çempionatın ən sərrastı olmasına şahidlik edərdik. Amma bu, baş vermədi. Yerli hücumçularımızın "dişsizliyi" hamımızı məyus edir. Bizim vaxtımızda indikilərə yaradılan şərait, infrastruktur-baza yox idi. Məşq etmək üçün belə əlavə formamız yox idi. Öz üzərimizdə maksimum çalışır, qollar vurmağa cəhd göstrir və yığmaya cəlb olunmaq üçün döyüşürdük. Nazim Əliyev, Müşfiq Hüseynov, Musa Qurbanov, Samir Ələkbərov, Rövşən Əhmədov, Qurban Qurbanov və digər futbolçularımızın adlarını çəkərdim. Onların hər biri meydanda can qoyurdu. Çox istəyərdim ki, indiki futbolçularımız da bizim nəsil kimi döyüşsünlər”.


MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR