A seriyasında çempion bəlli oldu

Bölmə adı İtaliya
Yayımlandı 24-05-2025, 09:29

İtaliya A Seriyasında mövsümün sonuncu-38-ci turunun oyunları keçirilir.

Sport1.az xəbər verir ki, son turda doğma meydanda "Kalyari"ni qəbul edən "Napoli" 2:0 hesablı qələbə qazanaraq liqada çempion olmağı bacarıb.

Belə ki, "İnter" son tura qədər çempionluq şanslarını saxlasa da, bu turda "Komo"nu 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq liderdən 1 xal geridə olaraq 2-ci pillədə qərarlaşıb.

Bu, "Napoli" üçün son üç mövsümdə ikinci, ümumilikdə isə dördüncü çempionluğudur. Komanda əvvəlki çempionluğu 2023-cü ildə qazanmışdı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR