son dəqiqə SON DƏQİQƏ
"Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq Millimizdən minimalhesablı qələbə Ayxan Abbasov: “Gənclərə yol açmaq lazımdır” “Azərbaycan D liqasında olmağa layiq deyil” Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxıb

Toral "Qarabağ"la yeni tarix yazmaq arzusundadır - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 19-05-2025, 18:03

"Qarabağ"ın üzvü Toral Bayramovun Sport1.az-a müsahibəsi...

- Səncə, mövsümün ən yadda qalan hadisəsi nə oldu?
- Həm çempionat, həm də kubok matçları bizim üçün çox yaxşı keçdi. Kubokun finalındayıq və çempionluğumuzu da rəsmiləşdirmişik. Baxmayaraq ki, Avropa Liqasında pis nəticələrimiz oldu. Gələn mövsüm daha uğurlu çıxış etməyə çalışacağıq. Yəni tarix yazmaq istəyindəyik.

- Yeni mövsüm avrokuboklarda hədəfiniz nədir?
- Hələ qarşıda çempionat və kubok oyunumuz var. Həm də millinin yoldaşlıq görüşləri olacaq. Hər şey tam dəqiqləşdikdən sonra bu mövzuya aydınlıq gələcək.

- Sizi kubokun finalında "Sabah"la çətin oyun gözləyir. Bu görüşlə bağlı nə deyə bilərsən?
- Bu qarşılaşmada qalib gəlmək əsas hədəfimizdir. "Qızıl dubl" etmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

- Səncə, çempionluğu çox rahat qazandınız? "Sabah" və "Neftçi" kimi rəqiblər bu mövsüm zəif təsir bağışladılar. Bu amilin çempionluğa nə qədər təsiri oldu?
- Belə demezdim. Keçmiş illərə nəzər saldıqda, bu mövsüm çempionatda daha çətin oyunlar oldu. Düşünürəm ki, bu il həqiqətən də çox maraqlı keçdi.

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR