son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ● Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ●

Qeybə çəkilən hakimbaşı - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 17-05-2025, 12:59

Premyer Liqada sona yaxınlaşırıq.

2 həftə sonra futbolçular istirahətə yollanacaq. Çempionatda hər şeyin bitdiyini artıq deyə bilərik: Çempion bəllidir. Premyer Liqanı "Səbail" tərk edəcək. "Zirə" avrokubokları təmin edib. Bu gün "Araz-Naxçıvan" da böyük ehtimalla bürünc medalı rəsmiləşdirəcək. Qalır təkcə avrokuboklara gedəcək 4-cü komandanın kimliyi. Ona da Azərbaycan Kubokunun finalında aydınlıq gələcək. "Qarabağ" Sumqayıtda qələbə qazansa, "Turan Tovuz" Konfrans Liqasında iştirak edəcək. Finalda "Sabah"ın qələbəsi isə Masazır təmsilçisi üçün Avropanın qapılarının açılması deməkdir.

Bir dəqiqə! Ölkə futbolu təkcə Premyer Liqadan ibarət deyil ki. I Liqanı tərk edəcək klub dünən bilindi. Amma pley-offda oynayacaq komandanın adı məlum deyil. II Liqanın çempionu kim olacaq? Həmin turniri hansı komanda tərk edəcək? Region Liqasının qalibi kim olacaq?

Yəni, ölkədə futbol həyəcanı davam edir. Hələ cavabı tapılmayan suallar var. Ancaq, deyəsən, AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker üçün məzuniyyət günləri artıq başlayıb. Adam 2 həftədir ki, ortalıqda yoxdur. Premyer Liqada hər tur hakimlərin qərarları ilə bağlı federasiyanın rəsmi saytında açıqlama verən rəhbər şəxsdən səs-soraq yoxdur. Deyəsən, qeybə çəkilib. Bu məsələ ilə bağlı kiçik araşdırma etdik. Bəlli oldu ki, belçikalı ölkəmizdə deyil. Amma hara, nə üçün getdiyi bilinmir.

Gəzən söz-söhbətlərə inansaq, AFFA rəhbərliyi Frank de Blekerin işindən narazıdır. Mövsümün sonunda onunla yolların ayrılması düşünülür. Bəlkə də bu məsələdən xəbərdar olan belçikalı özü çıxıb gedib?

Mövsümün sonunda, vacib qərarların, səhvlərin tüğyan etdiyi bir zamanda Hakimlər Komitəsi sədrinin ortalıqda olmaması AFFA-nın necə "peşəkar" idarə edildiyinin bariz isbatıdır.

Bir sözlə, hakimbaşı qeybə çəkilib. Onun harada olduğunu özü, bir də AFFA-dakılar bilir. Yəqin ki, bu yazıdan sonra De Blekerin niyə görsənmədiyi ilə bağlı ictimaiyyətə açıqlama verərlər...

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR