Dortmund “Borrusiyası”ndan yeni transfer

Bölmə adı Almaniya
Yayımlandı 14-05-2025, 21:54

Dormund “Borrusiyası” yeni transferə imza atıb.

Sport1.az xəbər verir ki, Bundesliqa nəhəngi “Norsyellan”dan icarəyə götürdüyü Daniel Svenssonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daniel ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, isveçli futbolçunun keçidi üçün Dortmund klubu qarşı tərəfə 6.5 milyon avro təzminat ödəyib.

Müəllif: Sport1.az