son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ● Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ●

“Ağdaş” və “Dinamo”ya cəza

Bölmə adı I Liqa
Yayımlandı 14-05-2025, 13:44

AFFA İntizam Komitəsi II Liqanın XXV turunun “Ağdaş” - “Dinamo” oyununda baş verənlərlə bağlı qərar verib.

Sport1.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Ağdaş təmsilçisinin futbolçusu Səbuhi Ağayev 90+4-cü dəqiqədə təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubunu isə 300 manat ziyana salıb.

“Ağdaş” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə xəbərdarlıq alsa da, 90-cı dəqiqədə azarkeşləri tərəfindən kütləvi şəkildə intizamsızlıq edildiyinə görə 400 manat cərimə edilib.

“Dinamo” isə 88-ci dəqiqədə futbolçusu Əlisa İsayevin qeyri-etik ifadə və hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 200 manat, 90+4-cü dəqiqədə Əkbər Səfərzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 50 manat cərimə olunub.

Səfərzadə 1, İsayev 3 oyunıuq diskvalifikasiya edilib.

Qeyd edək ki, mayın 13-də təşkil olunan görüş “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR