son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ● Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ●

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı oldu

Bölmə adı Futbol
Yayımlandı 12-05-2025, 17:32

“Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov Şimali Makedoniya Futbol Federasiyasının təşkilatçılığı ilə Skopye şəhərində keçirilən UEFA-nın fitnes üzrə A kateqoriyalı məşqçi kursunda təlimatçı kimi iştirak edib.

Sport1.az xəbər verir ki, onun təlim keçdiyi seminara 15 ölkədən məşqçilər qatılıblar.

Çakarov məşqçilərə təlimlər keçib, meydanda hazırlıq prosesini nümayiş etdirib. O, “Qarabağ”dakı iş prosesi ilə bağlı təqdimatla çıxış edib, sualları cavablandırıb. Kursa qatılan məşqçilər komandamızın həftəlik hazırlıq tsikli və fiziki hazırlıq prosesi ilə yaxından maraqlanıblar, bu mövzuda fikir mübadilələri aparılıb.

Bolqarıstanlı məşqçilərin komandanın hazırlıq prosesi ilə maraqlanması təsadüfi deyil. Ardıcıl 11 il avrokubokların əsas mərhələsində çıxış edən “Qarabağ” bir çox Avropa ölkələrində marağa səbəb olub.

Bunun nəticəsidir ki, müxtəlif ölkələrdən olan mütəxəssislər baş məşqçi Qurban Qurbanov və texniki heyətin iş prinsipləri ilə yaxından tanış olmaq üçün Azərbaycan çempionunun bazasında təcrübə keçiblər. Qazaxıstan millisinin hazırkı baş məşqçisi Əli Əliyev və həmyerliləri İqor Soloşenko, Rinat Alyuetov, həmçinin Polşanın "Veçista" klubunun baş məşqçisi Dariuş Marzek, onun köməkçisi Yanusz Svierad və digər mütəxəssislər müxtəlif vaxtlarda komandamızın hazırlıq prosesində iştirak ediblər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR