Azərbaycan klubu baş məşqçini göndərdi

Bölmə adı Voleybol
Yayımlandı 12-05-2025, 13:40

Qadınlar voleybolçulardan ibarət "Gəncə" komandası baş məşqçisi Sergey Çasnavitski ilə yollarını ayırıb.

Sport1.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Gəncə" 2024/2025 mövsümündə Azərbaycan Kubokunda gümüş medal qazanıb, Yüksək Liqada dördüncü yeri tutub.

Müəllif: Sport1.az