son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ● Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ●

"Turan Tovuz"un avrokuboklar üçün son cəhdləri - AFİŞA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 10-05-2025, 16:41

Misli Premyer Liqasında 34-cü turun növbəti görüşündə "Turan Tovuz" "Neftçi"ni qəbul edəcək.

Sport1.az xəbər verir ki, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "boz qurd" avrokubok şanslarını saxlamaq üçün meydandan sərfəli nəticə ilə ayrılmalıdır. Artıq liqada qalacağı dəqiqləşən və bu mövsüm qitəmiqyaslı turnirdə ölkəni təmsil etmək şansı qalmayan "Neftçi" üçün isə görüş formal xarakter daşıyır.

Bu tərəflər arasında 12-ci qarşılaşma olacaq. Son oyunda komandalar arasında bərabərlik qeydə alınıb - 1:1.

Öncəki oyunların 1-də meydan sahibləri qələbə qazanıb, 5-də isə qonaqlar 3 xala sevinib. 5 matçda isə 90 dəqiqənin sonu sülhlə bitib.

Bu oyuna qədər Tovuz klubu rəqib qapısından 9 top keçirib. "Ağ-qaralar" isə 15 qol vurmaqla buraxdığı topların əvəzini artığı ilə çıxıb.

Paytaxt təmsilçisi "Turan Tovuz"a qarşı son 7 oyunda məğlub olmayıb. Sizcə, məğlubiyyətsizlik seriyası bu gün də davam edəcək?

MURAD ABDULLAZADƏ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR